Ötən ilin oktyabrın 7-dən indiyədək Qəzza zolağında ölənlərin ümumi sayı 28 min 663-ə yüksəlib. Bu barədə İnsanoid yerli KİV-lərə istinadən bu gün, 16 fevral tarixində xəbər verir.
Fələstin Səhiyyə Nazirliyinin Qəzzadakı sözçüsü Əşrəf əl-Qudra İsrail qüvvələrinin son hücumlarında daha 104 fələstinlinin yaralandığını və Qəzza zolağında yaralananların ümumi sayının 68 min 395-ə çatdığını bildirib.
Səhiyyə Nazirliyinin sözçüsü dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğunu, lakin İsrail qüvvələrinin maneəsi səbəbindən tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiklərini vurğulayıb.