İsrailin Qəzza zolağının cənubundakı Xan Yunis qəsəbəsini atəşə tutması nəticəsində azı 3 nəfər ölüb.
Bu barədə 24 yanvar tarixində Report Fələstin Qızıl Aypara Cəmiyyətinə istinadən məlumat yayıb.
“Təşkilatın Xan Yunisdəki qərargahının atəşə tutulması nəticəsində 3 məcburi köçkün ölüb, 2 nəfər isə yaralanıb”, - məlumatda qeyd edilib.