Qəzza zolağının cənubunda müvəqqəti atəşkəs elan olunub. Bu barədə 16 oktyabr tarixində Report “Əl Ərəbiyyə” telekanalına istinadən məlumat yayıb.
Qeyd olunub ki, atəşkəs 5 saat davam edəcək.
Məqsəd əcnəbi vətəndaşların bölgədən çıxışını təmin etmək, eləcə də Qəzzaya humanitar yardım çatdırmaqdır.