Yetkinlik yaşına çatmayan Afiyəddin Cəlilov valideyni ilə birgə Polis İdarəsinə dəvət olunaraq araşdırılıb. Bu barədə 29 yanvar tarixində APA DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyevə istinadən məlumat verib.
Valideynin iştirakı ilə onun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq xəstəxanaya yerləşdirilməsi təmin olunub.
Xatırladaq ki, sosial şəbəkədə yeniyetmənin ictimai asayişi pozmasına dair videogörüntülər yayılıb.