Qobustanda 5 qumbara aşkar edilib. Bu barədə 20 dekabr tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Rayon ərazisindən 5 ov tüfəngi, 5 qumbara və 146 ədəd patron aşkar edilərək götürülüb.
Qobustan rayon sakini qanunsuz saxladığı ov tüfəngini könüllü olaraq polisə təhvil verib.