Qobustanda ər arvadını öldürməkdə şübhəli bilinir. Bu barədə İnsanoid Qaradağ Rayon Prokurorluğuna istinadən bu gün, 12 yanvar tarixində xəbər verir.
Yanvarın 11-i saat 20:00 radələrində 50 yaşlı Pərvanə Zeynalovanın Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yerləşən evində öldürülməsi barədə Rayon Prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırma zamanı 54 yaşlı Zaman Zeynalovun aralarında yaranmış mübahisə zamanı arvadı Pərvanə Zeynalovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Zaman Zeynalov könüllü olaraq, istintaqa təslim olub və iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.