Kolbasa və sosiska məhsullarının istehsalı müəssisəsində bir sıra nöqsanlar aşkar edilib. Bu haqda aprelin 28-də Qida Təhlükəsizliyi Agentliyi məlumat paylaşıb.
Yoxlama “Al-Sana” MMC-yə məxsus müəssisədə aparılıb.
Müəyyən olunub ki, məhsulların etiketlərində kərə yağı və qoyun əti qeyd edilsə də, istehsal zamanı bitki yağından istifadə edilib. Eyni zamanda, müəssisədə nə qoyun əti, nə də ki onun alınmasını təsdiq edən sənədlər aşkar edilməyib.
Həmçinin məhsulların bəzisinin üzərində istehsal və son istifadə tarixlərinin qeyd edilmədiyi, bəzilərində isə yanlış göstərildiyi müəyyən olunub.
Faktla bağlı araşdırma davam edir.