Qubada iki bələdiyyə sədri cərimələnib. Bu barədə 21 iyul tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Rayonun Talabıqışlaq və Barlı kəndləri ərazilərində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.
Hər iki kəndin bələdiyyə sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.