Qubada iki kəndin bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib. Bu barədə 19 iyul tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Rayonun Alekseyevka və Xucbala kəndləri ərazilərində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.
Hər iki kəndin bələdiyyə sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
[gallery columns="1" link="file" size="full" ids="122400"]