Qubada kişi keçmiş həyat yoldaşını baltalayıb. Bu barədə aprelin 28-də Baş Prokurorluq məlumat yayıb.
Hadisə aprelin 25-də rayonun Səbətlər kəndində qeydə alınıb. 38 yaşlı Elşən Muradov qayınanasına məxsus evə gələrək aralarında yaranmış münaqişə zamanı balta ilə keçmiş həyat yoldaşı Gülnar Muradovanın baş nahiyəsinə 2 dəfə zərbə endirib. Sonra əlləri ilə onu boğmaq istəyərkən qızı stəkanla E.Muradovun baş nahiyəsinə zərbə endirib. Nəticədə E.Muradov cinayət əməlini başa çatdıra bilməyib.
Faktla “qəsdən adam öldürməyə cəhd” maddəsilə cinayət işi başlanılıb. E.Muradov şübhəli şəxs qismində tutulub.