Qubadlıda 29 yaşlı gənc oğlan minaya düşüb. Bu haqda aprelin 22-də Baş Prokurorluq məlumat yayıb.
İnsident Teymur Müskanlı kəndi ərazisində saat 18:00 radələrində baş verib. Bəybala Nəsibov piyada əleyhinə minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.