Qubadlı rayonunda silah-sursat aşkarlanıb. Bu barədə 28 noyabr tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Rayonun Aşağı Xocamusaqlı kəndi ərazisində 2 qumbaraatan, 1 pulemyot və xeyli sayda müxtəlif çaplı patronlar aşkar olunaraq müvafiq qaydada götürülüb.
Faktla bağlı araşdırma aparılır.