“Qusar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Baş direktoru vəzifəsinə təyinat olub. Bu barədə 23 noyabr tarixində Report məlumat verib.
Bu vəzifəni Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının keyfiyyətə nəzarət sektorunun müdiri Pərviz Məhsimov icra edəcək.
Bu barədə TƏBİB-nin icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
Qeyd edək ki, Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru Kamran Paşayev bu il avqust ayının 31-də ürək tutmasından vəfat edib.