Qusar şəhərində qidadan zəhərlənmə baş verib. Bu barədə APA 14 oktyabr tarixində xəbər verib.
Cəlilabad rayon sakinləri olan 43 yaşlı Şamil Zeynalov, 47 yaşlı Sabir Zeynalov və şəxsiyyəti hələ dəqiqləşdirilməmiş bir şəxs göbələkdən zəhərləniblər.
Onlardan ikisi dünyalarını dəyişib. Şamil Zeynalov ağır vəziyyətdə Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.