Qusar Rayon Polis Şöbəsinə rayonun Ləzə kəndində yerləşən yaylaq sahəsindən 12 baş iribuynuzlu heyvanın itməsi barədə məlumat daxil olub.
Bu barədə İnsanoid Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinə istinadən bu gün, 13 dekabr tarixində xəbər verir.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Qobustan rayon sakini Asif Binyətov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.