Qusar rayonu ərazisində iyulun 30-u səhər saatlarında 23 yaşlı rayon sakini İ.Duraxanovun ov silahından açılan atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub.
Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən bu gün, 30 iyul tarixində xəbər verir.
Bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 83 yaşlı atası Duraxanov Sərkər Duraxan oğlu saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.