Qusar rayonunda yol qəzası baş verib. Bu barədə Report 11 dekabr tarixində xəbər verib.
Qusar-Xurel marşrutu üzrə hərəkətdə olan avtobus Avaran kəndi ərazisində yoldan çıxaraq dərəyə aşıb.
Nəticədə 6 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.
Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.