Qusarda istirahət mərkəzində 5 nəfər zəhərlənib. Bu barədə İnsanoid bu gün, 17 avqust tarixində Report-a istinadən xəbər verir.
Hadisə rayonun Caqar kəndində, "Park Qusar" İstirahət Mərkəzinin ərazisində baş verib.
5 nəfər - 50 yaşlı Aynurə Fərzəliyeva, 20 yaşlı Bəhram Xanıyev, 37 yaşlı Fərid Əskərli, 26 yaşlı Aygül Xanızadə və 21 yaşlı Qızbəs Fərzəliyeva zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına aparılıblar.
İlkin ehtimala görə, həmin şəxslər qəbul etdikləri qidadan zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.