Qusarda kişi əvvəl həyat yoldaşını öldürüb, sonra özü intihar edib. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Hadisə aprelin 19-da rayonun Bədişqala kəndində baş verib. 40 yaşlı Marat Yüzbəyov aralarında yaranmış mübahisə zamanı 38 yaşlı həyat yoldaşı Sənubər Yüzbəyovaya bıçaqla xəsarət yetirərək onu öldürüb. Daha sonra özünü asaraq intihar edib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanılıb.