İspaniyanın "Real" klubunun vitse-prezidenti Fernando Fernandes Tapias dünyasını dəyişib. Bu barədə 25 oktyabr tarixində Report xarici KİV-yə istinadən məlumat verir.
Funksioner 84 yaşında vəfat edib.
Qeyd edək ki, o, 1993-cü ildən paytaxt klubunda müxtəlif vəzifələrdə çalışıb. Fernando Fernandes Tapias 2009-cu ildən vitse-prezident kimi fəaliyyət göstərib.