Bu gün, aprelin 25-də rezidenturaya sənəd qəbulu elan edilib. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Ərizə qəbulu internet vasitəsilə aparılır. Qəbulun I mərhələsinin 1-ci cəhdində iştirak etmək üçün namizədlərin qeydiyyatı mayın 5-dək davam edəcək. 2-ci cəhddə isə sənəd qəbulu iyunun 1-dən 5-dək aparılacaq.
Namizəd “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) hesabına əlavə etməlidir.
Qəbul qaydaları ilə daha ətraflı link vasitəsilə tanış olmaq olar.