top
Rişi Sunak: Husilərin hərbi imkanlarını zəiflətmək üçün zəruri tədbirlər gördük
12 yanvar 2024, 02:49
- ↺ +

Rişi Sunak: Husilərin hərbi imkanlarını zəiflətmək üçün zəruri tədbirlər gördük

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Böyük Britaniyanın Baş naziri Rişi Sunak Britaniya və ABŞ-nin husilərə birgə zərbə endirməsi ilə bağlı danışıb. Bu barədə 12 yanvar tarixində APA xəbər verir.

"Son aylarda husilər Qırmızı dənizdə kommersiya gəmiçiliyinə qarşı bir sıra təhlükəli və sabitliyi pozan hücumlar həyata keçirib, eyni zamanda, Böyük Britaniyaya məxsus və digər beynəlxalq gəmiləri təhdid edərək, həyati əhəmiyyətli ticarət marşrutunda böyük maneələrə səbəb olublar və bu, nəticədə əmtəə qiymətlərinin artmasına səbəb olub.

Onların məsuliyyətsiz hərəkətləri dənizdə insanların həyatını riskə atmağa və Yəməndə humanitar böhranı daha da dərinləşdirməyə xidmət edir", - Rişi Sunak deyib.

Baş nazir Sunak deyib ki, Britaniyanın Kral Hərbi Hava Qüvvələri Yəməndə husi üsyançılarının istifadə etdiyi hərbi obyektlərə hədəfli zərbələr endirib.

Britaniya hökumət başçısı xatırladıb ki, beynəlxalq ictimaiyyətin xəbərdarlıqlarına baxmayaraq, husilər bu həftə Qırmızı dənizdə Böyük Britaniya və ABŞ hərbi gəmilərinə qarşı hücumlar həyata keçirməyə davam ediblər.

Rişi Sunak prosesin belə davam edə bilməyəcəyini və ölkəsinin hər zaman naviqasiya azadlığını və ticarətin azad axınını müdafiə edəcəyini bəyan edib: "Buna görə də biz husilərin hərbi imkanlarını zəiflətmək və qlobal gəmiçiliyi qorumaq üçün bu hücumlarla bağlı hədəflərə qarşı Niderland, Kanada və Bəhreynin qeyri-operativ dəstəyi ilə ABŞ ilə birgə özünümüdafiə üçün məhdud, zəruri və mütənasib tədbirlər gördük”.

"Böyük Britaniya və ABŞ Yəməndə husilərin hərbi obyektlərinə hədəfli zərbələr endirib. Böyük Britaniya gəmilərinin təhlükəsizliyi və Qırmızı dənizdə naviqasiya azadlığı hər şeydən vacibdir və buna görə də biz tədbirlər görürük.

BMT Təhlükəsizlik Şurasının da bəyan etdiyi kimi, husilər Qırmızı dənizdəki hücumları dayandırmalıdır", - Britaniyanın xarici işlər naziri Devid Kemeron "X" hesabında vurğulayıb.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 8 noyabr

Xarici xəbərlər
Dünən, 15:23

Meqan Marklın atası uşaq pornoqrafiyasına görə həbs edilib, daha sonra ev dustaqlığına buraxılıb

Yerli xəbərlər
Dünən, 14:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Yerli xəbərlər
Dünən, 14:10

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

Yerli xəbərlər
Dünən, 13:35

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Yerli xəbərlər
Dünən, 13:07

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

Yerli xəbərlər
Dünən, 12:48

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 12:45

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Yerli xəbərlər
Dünən, 12:25

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 12:18

Yol polisi sürücü və piyadalara yağışlı havada ehtiyatlı olmağı tövsiyə edib

Yerli xəbərlər
Dünən, 11:59

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 11:34

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

Yerli xəbərlər
Dünən, 11:11

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

Yerli xəbərlər
Dünən, 10:13

Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək

Yerli xəbərlər
Dünən, 09:52

Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 09:42

Evdəki kompüterlər uçota alınacaq: yanvarda sakinləri nə gözləyir?

Yerli xəbərlər
Dünən, 09:03

Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb

Yerli xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 7 noyabr

Yerli xəbərlər
06 noyabr 2026, 17:21

Tərtərdə yaşlı ər-arvadı öldürüb meyitlərini yandıranın məhkəməsi başlayır

Xarici xəbərlər
06 noyabr 2026, 17:12

Avropada təyyarələrin partladılacağı ilə bağlı saxta həyəcan dalğası: 30-a yaxın reys təhdid alıb

Yerli xəbərlər
06 noyabr 2026, 16:59

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Yerli xəbərlər
06 noyabr 2026, 16:53

Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib

Xarici xəbərlər
06 noyabr 2026, 16:26

Daşkənddə anadan olan Sergio Qor Marko Rubionun yerinə ABŞ-nin dövlət katibi təyin oluna bilər

Oxşar xəbərlər