Böyük Britaniyanın Baş naziri Rişi Sunak yunan həmkarı Kiriakos Mitsotakis ilə çərşənbə axşamına planlaşdırılan görüşü ləğv edib. Bu barədə 28 noyabr tarixində Report Yunanıstanın Baş nazirinin saytında dərc olunan məlumata istinadən xəbər verir.
Görüş zamanı Britaniya Muzeyindən qədim Parfenon məbədinin şah əsərlərinin Afinaya qaytarılması ilə bağlı müzakirələr aparılmalı idi.
"Böyük Britaniyanın baş nazirinin planlaşdırılan görüşümüzün baş tutmasına bir neçə saat qalmış bu görüşü ləğv etməsindən narahatlığımı bildirirəm", - Mitsotakis deyib.
Qeyd edək ki, Yunanıstanın Baş naziri Londonda işgüzar səfərdədir.