top
Rövşən İsax: Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?
16 yanvar 2025, 07:00
- ↺ +

Rövşən İsax: "Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Sosial şəbəkələrdə elə şeylər paylaşan bir insanın dəfnində mənim görünməyim nə dərəcədə düzgündür? Mənim evdə iki övladım böyüyür”.

Bu sözləri Manset.az-a açıqlamasında tanınmış rejissor Rövşən İsax bildirib.

Rejissor əlavə edib ki, onun mərhum aktrisa ilə hər hansi bir problemi olmayıb, sadəcə davranışlarına görə ona münasibəti yaxşı deyil:

“Allah rəhmət eləsin, mənim onunla bir prinsipim olmayıb, problemim, davam olmayıb. Sadəcə olaraq, fikirləşmişəm ki, mən ora gedərəm, onun haqqında məndən nəsə soruşarlar, gərək nəsə deyim. Ölən adam haqqında pis nəsə demək mədəniyyətsizlikdir. Yaxşı da nə deyim? Mən onu dəvət edəndə, çəkiliş müddətində o adamdan əksik heç bir hərəkət görməmişəm. O məşhurlaşandan sonra yaşına yaraşmayan hərəkətlər eləməyə başladı. Mən də əlaqəni tamamilə kəsdim. Mən kiməm ki, onun həyatına müdaxilə edim? Deyim, belə eləmə ayıbdır, belə eləmə ayıbdır. "Vicdan Haqqı" serialı bitib və mənim o adamla bundan sonra heç bir əlaqəm olmayıb. Nə nömrəsi var məndə, nə də onun yaxın adamlarıyla heç bir əlaqəm olmayıb. Nə işlə məşğul olub, qətiyyən xəbərim olmayıb”.

Rövşən İsax Çimnaz Sultanova haqqında vaxtilə ATV kanalının efirində səsləndirdiyi " Onunla salamlaşmağı özümə ayıb bilirəm" çıxışına da aydınlıq gətirib:

“Allaha and olsun, efirdəki çıxışımdan sonra Çimnaz mənə zəng etməyib. Mən onun haqqında axı əskik bir şey demədim. Dedim ki, mən ona salam verməyi utanıram. Bitdi”.

Tanınmış rejissor sosial şəbəkələrdə Çimnazı məşhurlaşdırdığı üçün onu qınayanlara da münasibət bildirib:

“Təsəvvür edin ki, çəkildiyi filmə görə aktyor və aktrisaya böyük məbləğdə qonarar verirəm. Həmin şəxslər əldə etdikləri qazancla sonradan gedib hər hansı pis vərdişlə məşğul olurlar. Bu o deməkdir ki, onları pis yola mən çəkmişəm? Bu nə yanaşmadır?”.

Qeyd edək ki, 43 yaşında dünyasını dəyişən aktrisanın dəfninə vaxtilə çəkildiyi “Vicdan haqqı” serialının rejissoru Rövşən İsax və yaradıcı heyətin əksəriyyəti getməyib. Bu da sosial şəbəkədə müzakirələrə səbəb olub.

Son xəbərlər

Cəmiyyət
Dünən, 15:57

Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib

Cəmiyyət
Dünən, 15:56

Ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

Cəmiyyət
Dünən, 15:52

Oktyabrda 24 aptekdə nöqsan aşkarlanıb

Cəmiyyət
Dünən, 15:51

Azərbaycandan Gürcüstana qanunsuz dizel və qəlyan tütünü keçirilməsinin qarşısı alınıb

Cəmiyyət
Dünən, 15:42

Bakıda təhsil işçiləri metro və avtobusa 1 qəpik ödəyəcəklər

Cəmiyyət
Dünən, 15:38

Vüqar Bayramov: "Kredit götürən şəxs işsiz qalmaq riskindən sığortalanacaq"

Cəmiyyət
Dünən, 15:10

Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib

Cəmiyyət
Dünən, 13:24

"Araz Supermarket" barədə protokol tərtib olunub

Cəmiyyət
Dünən, 13:17

X–XI siniflərdə geyim qaydalarına riayət etməyən və dərsə gəlməyən şagirdlərə attestat verilməsi prosesinə aydınlıq gətirilib

Cəmiyyət
Dünən, 13:04

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb

Siyasət
Dünən, 12:56

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

Cəmiyyət
Dünən, 12:21

Firudin Qurbanov vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib

İqtisadiyyat
Dünən, 12:07

ZachXBT: "Binance" birjası əməkdaşının Şimali Koreyalı qadın casusla sevgi münasibəti səbəbindən 6 milyard dollar oğurlanıb"

Cəmiyyət
Dünən, 12:01

İrandan Azərbaycana külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən şəxslər saxlanılıb

Cəmiyyət
Dünən, 11:52

"Halloween"i tənqid edən Sinan Akçılın arxiv fotosu ortaya çıxdı

Cəmiyyət
Dünən, 11:45

Vergi yoxlamasından yayınmaq müqabilində 200 min manat rüşvət almaqda ittiham olunan üç vəzifəli şəxsin işi məhkəməyə göndərilib

Cəmiyyət
Dünən, 11:44

84 yaşlı Amitabh Baççan gülləkeçirməz şüşə arxasında azarkeşləri ilə görüşüb - VİDEO

Cəmiyyət
Dünən, 11:38

"O, həddindən artıq populyarlaşır. Bu, məni sevindirmir" - Tramp Rubio barədə

Cəmiyyət
Dünən, 11:34

Media və Yayım Şurası: Türkiyənin sosial media seqmentində Azərbaycan Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlər yayılır

Cəmiyyət
Dünən, 11:04

Kimi Antonelli "Formula-1" tarixinin ən gənc çempionu olub

Cəmiyyət
Dünən, 10:23

DSX: Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib

İqtisadiyyat
31 oktyabr 2026, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
31 oktyabr 2026, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
31 oktyabr 2026, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Oxşar xəbərlər