“Avroviziya-2016” mahnı müsabiqəsinin qalibi, ukraynalı müğənni Camala Rusiyada axtarışa verilib. Bu barədə 20 noyabr tarixində APA Rusiya Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Məlumata əsasən, müğənni Camala (əsl adı Susana Camaladinova) Rusiyada axtarışda olanlar siyahısına salınıb.
Onun hansı cinayətdə ittiham olunduğu açıqlanmayıb.