Rusiya Federasiyasının Dövlət Dumasına məktəblərdə hətta təhsil məqsədləri üçün telefondan istifadəni qadağan edən düzəliş təqdim edilib. Bu barədə 1 dekabr tarixində APA Rusiya KİV-yə istinadən məlumat verib.
Qeyd olunur ki, qanun layihəsinin ilkin variantında təlim üçün telefonlardan istifadə istisna olub.
Dəyişikliyə görə, mobil radiotelefon rabitəsindən əsas ümumi və orta ümumi təhsil pillələrinin dərsləri zamanı istifadə etmək olmaz. İstisnalar şagirdlərin və ya məktəb işçilərinin həyatı və sağlamlığı üçün təhlükənin olduğu hallardır.