Rusiyanın Kirov vilayətində 18 yaşlı idmançı dünyasını dəyişib. Bu barədə 27 yanvar tarixində Report xarici KİV-yə istinadən məlumat verir.
MMA döyüşçüsü sparrinq zamanı vəfat edib.
Hadisə ilə bağlı ibtidai istintaq aparılır. Həmin şəxs məşq zamanı kəllə-beyin travması alıb. Həkimlərin ilkin müdaxiləsinə baxmayaraq, idmançı həyatını itirib.