“Rusiya Ümumxalq Birliyi” Partiyasının sədri Sergey Baburin növbəti prezident seçkilərində iştirak etməkdən imtina edib. Bu barədə 30 yanvar tarixində Report Rusiya KİV-yə istinadən məlumat verib.
O, qarşıdan gələn prezident seçkilərində hazırkı prezident Vladimir Putini dəstəkləməyə çağırıb.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-nə təyin olunub. Səsvermə üç gün – 15, 16 və 17 mart tarixlərində davam edəcək.