Zaqatala rayon sakini Rusiya Federasiyasında yol-nəqliyyat hadisəsində dünyasını dəyişib. Bu haqda 6 oktyabr tarixində Apa.az məlumat verib.
Hadisə oktyabrın 3-də Tolyatti şəhərində baş verib. Zaqatala rayonunun Yeni Suvagil kəndinin 50 yaşlı sakini Namiq Məmmədov velosipedlə hərəkətdə olarkən avtomobillə vurulub.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan N. Məmmədov dünyasını dəyişib. Onun meyiti bu gün doğma kəndinə gətirilərək dəfn olunacaq.
Qeyd edək ki, N. Məmmədov tikintidə işləyirmiş.