Növbəti maqnit qasırğasının sabah olacağı gözlənilir. Bu barədə Report 22 yanvar tarixində xəbər verib.
Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş rentgen astronomiyası laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutu bu haqda məlumat yayıb.
Bildirilir ki, qasırğa yanvarın 23-də səhər tezdən başlayacaq və günortadan sonra səngiyəcək. Maqnit qasırğasının zəif (G1 səviyyəsi) olacağı proqnozlaşdırılır.