Sabah Masallı, Xızı və Siyəzən rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə İnsanoid “Azəriqaz” İstehsalat Birliyinə istinadən bu gün, 14 fevral tarixində məlumat verir.
Bildirilib ki, "Masallı 1” və “Masallı 2” ölçü qovşaqlarından qidalanan qaz təchizatı şəbəkəsində və "Yaşma-Siyəzən” yüksək təzyiqli qaz kəmərində “Təmiz Qaz” QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı fevralın 15-də saat 10:00-dan “Yaşma Qəbul” ölçü qovşağından, saat 14:00-dan “Masallı 1" və "Masallı 2” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttindən qaz təchizatının dayandırılması planlaşdırılır.