"Səbail" klubu daha bir futbolçusu ilə yollarını ayırıb. Bu barədə İnsanoid paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən bu gün, 5 iyun tarixində məlumat verir.
Müdafiəçi Adil Nağıyevlə müqavilənin müddəti başa çatıb. Onunla yeni sözləşmə imzalanmayıb.
Adil Nağıyev 2019-cu ildən "dənizçilər"in uğurları üçün çalışıb. Klub daha əvvəl Ağabala Ramazanovla da vidalaşıb.