Şabranda 16 yaşlı yeniyetmə aprelin 15-də yaşadığı evdən çıxaraq itkin düşüb. Bu haqda aprelin 25-də Report məlumat verib.
Şabran rayon sakini, 16 yaşlı Samuray Qasımov evdən çıxarkən əynində qara gödəkçə, qara şalvar və qara ayaqqabı olub. Onun boyu 160 santimetrdir, orta bədən quruluşludur.
Şəkildəki şəxsi tanıyanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya (055) 650-20-44 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.