Paytaxtın Sabunçu rayonunun Sabunçu qəsəbəsində kişi qətlə yetirilib, hadisədə şübhəli bilinən qadın saxlanılıb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən bu gün, 30 may tarixində xəbər verir.
Mayın 30-da 09:00 radələrində 38 yaşlı Samir İsrafilovun kəsilmiş-deşillmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 48 yaşlı Ruhiyyə Tahirova polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.