“Şahdağ” Turizm Mərkəzinə Beynəlxalq Xizək Federasiyası (FIS) tərəfindən homologasiya (yoxlanışdan keçmə) sertifikatı təqdim edilib. Bu barədə 18 yanvar tarixində Qış İdman Növləri Federasiyası məlumat verib.
Sertifikata əsasən, "Şahdağ" Turizm Mərkəzinə Dağ Xizəyinin slalom, qiqant slalom və super G növü üzrə beynəlxalq yarışların keçirilməsi hüququ verilir.
Eyni zamanda, “Şahdağ” Turizm Mərkəzi beynəlxalq yarışların keçirilməsi üçün Beynəlxalq Xizək Federasiyasının yarış təqviminə əlavə olunma imkanı əldə edir.