“Dərman qıtlığının əsas səbəblərindən biri beynəlxalq bazarda baş verən qeyri-stabillikdir”. Bunu iyulun 6-da səhiyyə nazirinin müavini Rasim İsmayılov deyib.
Nazir müavini bildirib ki, bəzən istehsalçılar öz öhdəliklərini qismən və ya ümumiyyətlə, icra etmir: “Bundan başqa, qüvvədə olan tənzimlənməyə dair qanunvericiliyin günün tələblərinə cavab verməməsi də əsas amillərdəndir. Son zamanlar bu sahədə baş verən stabilləşmə yerli idxalçıların işinə müsbət təsir edir”.
O qeyd edib ki, dərmanların qiymətinin Tarif Şurası tərəfindən tənzimlənməsi bu gün ən yaxşı həll yoludur.