Dünən, aprelin 25-də Champions Chess Tour onlayn şahmat turnirinin birinci mərhələsinin 4-cü turunun oyunları keçirilib. Şəhriyar Məmmədyarov polşalı qrosmeyster Yan-Kşiştof Dudaya 2:4 hesabı ilə məğlub olub.
Digər oyunlarda Karlsen Pranyanadxaya 3:0 hesabı ilə, Liam Lye Hansenə 2,5:0,5 hesabı ilə, Van Forest isə Giriyə 4:2 hesabı ilə qalib gəlib. Qeyd edək ki, Məmmədyarov ilk iki turda çinli Le Lyeyə qalib gəlib, hindistanlı Praqnanandhaya və kanadalı Hansenə isə uduzub. İlk 4 turdan sonra şahmatçımız 4 xal yığaraq 7-ci yerdə qərarlaşıb. Bu gün keçiriləcək 5-ci turda Məmmədyarov Aniş Giri ilə qarşılaşacaq.
Turnir aprelin 28-nə qədər davam edəcək. Yarışın mükafat fondu 210 min dollar təşkil edir.