Şəkidə 44 yaşlı dəmirçi iş başında ölüb. Bu barədə İnsanoid bu gün, 26 avqust tarixində APA-ya istinadən məlumat verir.
Ötən gün rayonun Orta Zəyzid kənd sakini, 44 yaşlı Namiq Həmzətovun işlədiyi dəmirçi sexində qəfildən halı pisləşib və o, həyatını itirib.
İlkin müayinə zamanı N. Həmzətovun ürək tutmasından öldüyü müəyyən olunub.