Şəkidə 90 yaşlı kişi özünü öldürüb.
Bu barədə İnsanoid 11 sentyabr tarixində APA-ya istinadən xəbər verir.
Hadisə bu gün səhər saatlarında rayonun Bideyiz kəndində baş verib.
90 yaşlı Aman İsgəndərov yaşadığı evdə çarpayıya od vurub, özü isə kənarda oturub. Nəticədə o, tüstüdən boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.