Şəkidə vətəndaşın həyətyanı sahəsində ağac kömürü istehsal edilən kömür quyusu aşkarlanıb. Bu barədə İnsanoid bu gün, 29 iyul tarixində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadən məlumat verir.
Hadisə rayonun Baş Zəyzid kəndi ərazisində qeydə alınıb.
Qanunsuz kömür istehsal edən şəxsin kənd sakini Ələddin Əsgərov olduğu müəyyən olunub.
Onun barəsində qanunamüvafiq tədbir görülüb, kömür quyusu isə ləğv olunub.