Salyanda camış sağıcı qadını öldürüb. Bu haqda aprelin 23-də Baku TV məlumat yayıb.
Hadisə Dayıkənd kəndində qeydə alınıb. İribuynuzlu heyvan onu sağan 1961-ci il təvəllüdlü qadını təpiklə vurub. Zərərçəkən aldığı xəsarətdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma başlanılıb.