Salyan rayonunda Təzəkən kəndinin sakini 37 yaşlı keçmiş kürəkənini öldürüb. Bu haqda aprelin 26-da Baş Prokurorluq məlumat yayıb.
Hadisə aralarında yaranmış münaqişə zəminində baş verib.
Qətli törədən şəxs saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb.