Salyanda yanğın olub. Bu barədə İnsanoid FHN-ə istinadən bu gün, 23 dekabr tarixində xəbər verir.
Salyan rayonunun Şorsulu kəndində ümumi sahəsi 640 kv.m (hər mərtəbəsi 320 kv.m) olan ikimərtəbəli 14 otaqlı evin 2-ci mərtəbəsinin 100 kv.m sahədə yanar konstruksiyaları və dam örtüyü yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.