top
Salyanda 2800 illik tarixi abidə təhlükə ilə üzləşib
23 may 2024, 05:41
- ↺ +

Salyanda 2800 illik tarixi abidə təhlükə ilə üzləşib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Salyan rayonu ərazisində aşkar olunan 2800 illik tarixi abidə məhv olmaq təhlükəsi ilə üzləşib. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 23 may tarixində xəbər verir.

Çuxanlı kəndinin sakinlərinin sözlərinə görə, 2011-ci ildə yeni Ələt-Astara magistral yolunun tikintisi zamanı kənd ərazisindəki Babazanlı dağının ətəyində qazıntı işləri aparılarkən qədim yaşayış məskəni təsadüfən aşkarlanıb. Bundan sonra həmin ərazidə qazıntı işləri dayandırılıb. Əraziyə tarixçilər və arxeoloqlar cəlb ediliblər.

Sakinlər deyiblər ki, 2012-14-cü illərdə sözügedən ərazidə arxeoloji qazıntı işləri davam etdirilib. Orada vaxtı ilə yaşayış məskəninin mövcudluğu aşkar edilib, həmçinin çox sayda qədim küp və torpaq qəbirlər, eləcə də məişət əşyaları tapılıb. Bu ərazidə eramızdan əvvəl III əsrdən bizim eranın III əsrinə qədər yaşayışın olduğu müəyyən edilib.

Sakinlər onu da bildiriblər ki, aradan 10 ildən çox vaxt keçməsinə baxmayaraq, haqqında danışılan tarixi abidənin qorunub mühafizə olunması istiqamətində təsirli tədbirlər görülməyib. Açıq havada baxımsız qaldığından, küp və torpaq qəbirlər artıq erroziyaya uğrayıb, onların bəziləri dağılaraq sıradan çıxıb. Təcili müdaxilə edilməsə, yaxın gələcəkdə bu tarixi abidənin tamamilə məhv olması çox realdır.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, aparılan qazıntı işləri arxeoloji abidələrin təbii təsirlərə məruz qalmasına səbəb olub. Buna görə də arxeoloji abidələrdə konservasiya işlərinin aparılması zərurəti yaranıb.

Dövlət Xidmətindən qeyd olunub ki, Muğan-Babazanlı abidələrinə aid maddi-mədəniyyət nümunələrinin qorunması məqsədilə ərazidə konservasiya işlərinin aparılması artıq investisiya siyahısına daxil edilib.

Son xəbərlər

Xarici xəbərlər
Bu gün, 15:23

Meqan Marklın atası uşaq pornoqrafiyasına görə həbs edilib, daha sonra ev dustaqlığına buraxılıb

Yerli xəbərlər
Bu gün, 14:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Yerli xəbərlər
Bu gün, 14:10

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

Yerli xəbərlər
Bu gün, 13:35

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Yerli xəbərlər
Bu gün, 13:07

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

Yerli xəbərlər
Bu gün, 12:48

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Yerli xəbərlər
Bu gün, 12:45

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Yerli xəbərlər
Bu gün, 12:25

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Yerli xəbərlər
Bu gün, 12:18

Yol polisi sürücü və piyadalara yağışlı havada ehtiyatlı olmağı tövsiyə edib

Yerli xəbərlər
Bu gün, 11:59

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Yerli xəbərlər
Bu gün, 11:34

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

Yerli xəbərlər
Bu gün, 11:11

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

Yerli xəbərlər
Bu gün, 10:13

Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək

Yerli xəbərlər
Bu gün, 09:52

Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Yerli xəbərlər
Bu gün, 09:42

Evdəki kompüterlər uçota alınacaq: yanvarda sakinləri nə gözləyir?

Yerli xəbərlər
Bu gün, 09:03

Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 7 noyabr

Yerli xəbərlər
Dünən, 17:21

Tərtərdə yaşlı ər-arvadı öldürüb meyitlərini yandıranın məhkəməsi başlayır

Xarici xəbərlər
Dünən, 17:12

Avropada təyyarələrin partladılacağı ilə bağlı saxta həyəcan dalğası: 30-a yaxın reys təhdid alıb

Yerli xəbərlər
Dünən, 16:59

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Yerli xəbərlər
Dünən, 16:53

Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib

Xarici xəbərlər
Dünən, 16:26

Daşkənddə anadan olan Sergio Qor Marko Rubionun yerinə ABŞ-nin dövlət katibi təyin oluna bilər

Yerli xəbərlər
Dünən, 16:19

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Yerli xəbərlər
Dünən, 16:15

Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub - YENİLƏNİB

Oxşar xəbərlər