Salyanda fərdi evdə yanğın baş verib. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 6 noyabr tarixində xəbər verir.
Rayonun Aşağı Noxudlu kəndində ümumi sahəsi 65 kv.m olan kürsülü, birmərtəbəli 3 otaqlı evin 45 kv.m sahədə yanar konstruksiyaları və ev əşyaları yanıb.
Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb edilib.
Yanğın FHN-in əməkdaşları tərəfindən söndürülüb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.