ChatGPT-nin yaradıcılarından olan Sam Altman vəzifəsinə bərpa edilib. Bu barədə İnsanoid Reuters nəşrinə istinadən bu gün, 22 noyabr tarixində xəbər verir.
Sam Altman-ı "qovan" idarə heyəti buraxılıb və Salesforce-un keçmiş baş direktoru Bret Taylor, ABŞ-nin keçmiş maliyyə naziri Larri Summers və Quora-nın qurucusu Adam D'Angelo idarə heyətinə dəvət olunublar.
2 günlük işindən azad olunduğu müddət ərzində Microsoft şirkətinin süni intellekt layihəsini də ələ alan Sam Altman, eyni zamanda OpenAI şirkətinin də CEO-su olaraq qaldığı yerdən davam edəcək.
Şirkətin həmtəsisçisi olan Greg Brockman da şirkətdəki yerinə geri qayıdacaq.
Sam Altman-ın açıqlaması: “OpenAI-ı sevirəm və son bir neçə gündə etdiyim hər şey bu komandanı və onun missiyasını bir yerdə saxlamağa yönəlib. Bazar günü axşam Microsoft-a qoşulmaq qərarına gələndə bunun mənim və komanda üçün ən yaxşı yol olduğu aydın oldu. Mən yeni idarə heyəti və Microsoft CEO-su Satya-nın dəstəyi ilə OpenAI-ə qayıtmağı və Microsoft ilə güclü tərəfdaşlıq qurmağı səbirsizliklə gözləyirəm.
i love openai, and everything i’ve done over the past few days has been in service of keeping this team and its mission together. when i decided to join msft on sun evening, it was clear that was the best path for me and the team. with the new board and w satya’s support, i’m…
— Sam Altman (@sama) November 22, 2023