Şamaxı sakini traktorun altında qalaraq ölüb. Bu barədə 23 noyabr tarixində Report məlumat verib.
Belə ki, 1985-ci il təvəllüdlü Şamaxı rayon sakini Babək Alcanov yolda hərəkətdə olan İslam Bələdovun idarə etdiyi "MTC-80" markalı 37-T-250 dövlət qeydiyyat nişanlı traktorun qoşqusuna minmək istəyərkən qoşqunun sağ ön təkərinin altında qalaraq ölüb.
Faktla bağlı cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.