Şamaxıda ər və arvad dəm qazından zəhərləniblər, biri dünyasını dəyişib. Bu barədə 13 yanvar tarixində Report məlumat verib.
Hadisə rayonun Mərzəndiyə kəndində qeydə alınıb.
Belə ki, kənd sakinləri - 1956-cı il təvəllüdlü Elxan Əhmədov və onun həyat yoldaşı - 1956-cı il təvəllüdlü Zemfira Əhmədova yaşadıqları fərdi yaşayış evinin həyətində yerləşən hamam otağında dəm qazından zəhərləniblər.
Nəticədə Elxan Əhmədov ölüb, Z.Əhmədova isə dəm qazından zəhərlənmə diaqnozu ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında müalicə alır.
Faktla bağlı araşdırma aparılır.