Şamaxıda azyaşlılar dəm qazından zəhərləniblər. Bu barədə APA 19 dekabr tarixində xəbər verib.
Rayonun Aşıqalı küçəsində yerli sakinlər - 2023-cu il təvəllüdlü Xəlilov Zeyid Şəhriyar oğlu və 2021-ci il təvəllüdlü bacısı Xəlilova Xədicə Şəhriyar qızı dəm qazından zəhərləniblər.
Azyaşlılar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hazırda vəziyyətlərinin stabil olduğu bildirilir.