Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı şəhər ərazisində qanunsuz ağackəsmə faktı aşkar edilib. Bu barədə 24 noyabr tarixində Report məlumat verib.
Müvafiq maddə ilə protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib.
Həmçinin oduncağın tədarük edilib daşınması qaydasını pozan şəxs müəyyən edilib. Onun barəsində “meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib daşınması qaydasının pozulması” maddəsi ilə protokol tərtib olunub.